Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 mart 2013 - №8

 

Sərgidə tələbələrin əl işləri nümayiş olunub

 

Bəşər tarixinin ən qanlı faciəsi olan Xocalı soyqırımı Gəncə Humanitar Kollecində də yad edildi. Kollecin akt zalında "Təsviri incəsənət və rəsmxət" ixtisası üzrə təhsil alan tələbələrin Xocalı soyqırımına həsr olunmuş əl işlərindən ibarət sərgisi təşkil olundu. Sərgini seyr edən tələbələr ermənilərin mənfur simalarının bir daha şahidi oldular.

Sərgiyə baxışdan sonra "Musiqi təhsili" ixtisasında təhsil alan tələbələrin iştirakı ilə ədəbi-bədii kompozisiya təqdim edildi. Tələbələrin hazırladığı səhnəciklərlə bərabər Xocalı soyqırımına aid kinofilmlərdən fraqmentlər də göstərildi.

Tədbirin sonunda hərbi xidmətə getməyə hazırlaşan  oğlanlardan ibarət xor bəstəkar Cavanşir Quliyevin "Əsgər marşı"nı ifa etdi.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov