Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 mart 2013 - №8

 

İkihissəli konsert maraqla qarşılandı

 

Qara Qarayev adına 8 nömrəli  onbirillik musiqi məktəbində  Qara Qarayevin 95 və məktəbin yaradılmasının 75 illik yubileylərinə həsr olunmuş ikihissəli konsert nümayiş olunub.  Mədəniyyət və Turizm Nazirliyinin, tanınmış bəstəkarların, musiqi  məktəblərinin direktorlarının və valideynlərin iştirak etdiyi konsertdə  mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək qeyd etdi ki, dahi bəstəkarın əsərləri dünya miqyasında özünəməxsus yer tutub və o,  novator bəstəkar kimi tanınıb. Nazir müavini musiqi məktəbinin  75 illik yubileyi münasibətilə kollektivi təbrik edib və məktəbin binasının yenidən tikilib istifadəyə verildiyini, açılışda ölkə Prezidenti İlham Əliyevin iştirak etdiyini vurğulayıb. Məktəbin şagirdlərinin beynəlxalq müsabiqə və festivallarda yüksək nailiyyətlər əldə etdiyini, 3 şagirdin adının gənc istedadların "Qızıl kitabı"na daxil edildiyini, Prezident təqaüdçüsü olduğunu bildirib.

Sonda məktəbin kamera orkestri, müəllim və şagird kollektivi, digər musiqiçilərin ifasında  dahi bəstəkarın "İnsan məskən salır" filmindən musiqi, "Don Kixot" simfonik qravürlərindən "Səyahət", rus şairi A.Puşkinin sözlərinə yazdığı "Gürcüstan təpələrində", "Mən sizi sevirdim" romansları, "Yeddi gözəl" baletindən vals və digər əsərləri səsləndirilib. İkinci hissədə isə məktəb haqqında videoçarx nümayiş olunub. 

Sifai SƏFƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov