2013-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin 90 illiyi tamam olur. Bu nüfuzlu ali
təhsil müəssisəsi fəaliyyət göstərdiyi dövr ərzində
zəngin inkişaf yolu keçmişdir və hazırda geniş ixtisas
şəbəkəsinə malikdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə
mədəniyyət və incəsənət sahəsində yüksək ixtisaslı kadr
hazırlığında və milli mədəniyyətin inkişafında mühüm
xidmətlərini nəzərə alaraq, Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin 90 illik yubileyinin
keçirilməsini təmin etmək məqsədi ilə
QƏRARA ALIRAM:
1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm
Nazirliyi ilə birlikdə Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin 90 illik yubileyinə həsr
olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu
sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham
ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 mart 2013-cü il |