Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Mart 2013 - №9

 

İki universitet arasında növbəti onlayn bağlantı

 

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstarın Naxçıvana səfəri çərçivəsində əldə olunan  razılığa əsasən hər həftə Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Dillər Universiteti arasında Amerikanın tarixinə, mədəniyyətinə, milli mənəvi dəyərlərinə və s. mövzulara həsr olunan onlayn bağlantı həyata keçirilir. Bu həftə  keçirilən onlayn bağlantı isə Amerika cəmiyyəti, dəyərləri və mədəniyyəti mövzusuna həsr olundu və ingilis dilində aparıldı. Tələbələr mövzunu böyük maraqla qarşıladılar. Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstarın xanımı Feyt Pirs Morninqstar Azərbaycan Dillər Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında keçirilən onlayn bağlantıda məruzə etdi. Xanım Feyt Pirs Morninqstar Amerika cəmiyyəti, mədəniyyəti və dəyərləri haqqında geniş məlumat verdi.

Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli onlayn bağlantıda iştirak edərək təhsil sisteminə inteqrasiya baxımından Amerika ilə beynəlxalq tərəfdaşlığın əhəmiyyətli olduğunu vurğuladı.

Xanım Feyt Pirs Morninqstar dinləyicilərlə muxtar respublika haqqında təəssüratlarını bölüşdü. "Mən Naxçıvanda olarkən, Duzdağ Fizioterapiya Mərkəzində oldum, burada olan qonaqpərvərliyi gördüm,  səfərdən gözəl təəssüratlarla ayrıldım və buranı çox sevdim". Qeyd edək ki, xanım Feyt Pirs Morninqstar həmin səfər çərçivəsində Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən Ernest Heminquey Elmi-Tədqiqat Mərkəzi ilə tanış olub, qonağa Amerika və dünya ədəbiyyatının, ədəbi əlaqələrin öyrənilməsi ilə bağlı məlumat verilib.

Canlı bağlantı diskussiya şəklində təşkil olundu və tələbələri maraqlandıran suallar cavablandırıldı.  

Mina QASIMOVA,
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov