Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Mart 2013 - №9

 

"Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması" mövzusunda tədbir

 

Bakıdakı 170 nömrəli tam orta məktəbdə "Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının  alınmasına hazırlanması" mövzusunda tədbir keçirilib.

Tədbirə başlamazdan əvvəl məktəbin foyesində mülki müdafiəyə aid  təşkil olunmuş sərgiyə və müxtəlif fotostendlərə  baxılıb. Sonra qonaqlar mülki müdafiədən  II "a" və II "b" siniflərində təşkil olunmuş  "açıq dərs"lərdə iştirak ediblər.

Məktəbin direktoru  Nuranə Mirzəyeva çıxış edərək   şagirdlərin təlim-tərbiyəsində   tədbirin tərbiyəvi  əhəmiyyətindən söz açıb və təhsil ocağında mülki müdafiə ilə  əlaqədar görülən işləri qeyd edib.

Sabunçu Rayon Mülki Müdafiə İdarəsinin rəisi, polkovnik-leytenant Ə.Hacıyevin "Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması" mövzusunda çıxışı şagirdləri daha çox  bilgiləndirib. İdarənin əməkdaşı, mayor İlqar Səfərov    torpaqlarımızın 20 faizinin işğal altında olduğu  bir vaxtda şagirdlərdə vətənpərvərlik hisslərinin yüksəldilməsində  mühüm rol  oynayan bu cür tədbirlərin tez-tez keçirilməsinin vacibliyini  vurğulayıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Fərman Abdullayev,  məktəbin mülki müdafiə üzrə  qərargah rəisi  Qəzənfər Kərimov, fövqəladə hallar komissiyasının sədri Kamilan Qocayev, təlim-tərbiyə işləri üzrə direktor müavini Ofelya Mehdiyeva və başqaları  çıxış edərək tədbirdə yaxından iştirak etdiklərinə görə   Sabunçu Rayon Mülki Müdafiə İdarəsinin rəhbərliyinə öz  minnətdarlıqlarını bildiriblər.

Sonda  müəllim və şagird kollektivi qonaqlarla birlikdə xatirə şəkli  çəkdirib. 

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov