Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

29 Mart 2013 - №11

 

Məktəbdə bayram şənliyi

 

 Bülbül adına  Orta İxtisas  Musiqi Məktəbində məktəbin müəllimi Rəsmiyyə Allahverdiyevanın təşkilatçılığı  ilə möhtəşəm Novruz şənliyi keçirilib. Tədbirdə Bakı Şəhəri  üzrə Təhsil İdarəsinin, Təhsil Problemləri İnstitutunun  nümayəndələri və valideynlər iştirak ediblər. Novruz şənliyində bir çox bayram adət-ənənələri nümayiş etdirilib,  milli adət-ənənələrimizə aid oyunlar və musiqili ədəbi-bədii kompozisiya göstərilib. Burada Novruzun əsas atributlarından olan Kosa və Keçəlin məzhəkəli oyunları, Bahar qızın təbrikləri iştirakçılara xoş əhvali-ruhiyyə bəxş edib.        

Şagirdlərdən Əli Cəfərzadə, Rəşid Bəylərli, Namiq Məcidli və Müjgan Zülfüzadənin  çıxışları  maraqla qarşılanıb. 

Sonra  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin metodmərkəzin direktor müavini Sitarə Məmmədova, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin direktor müavinləri  Aytən Əhmədova, Nigar Baxşıyeva və valideynlər çıxış edərək bildiriblər ki, Novruz bayramı  əsrlər boyu yaşamış, xalqımızın əziz bir bayramına çevrilib. Sonda qonaqlar məktəbin şagird və müəllim kollektivi ilə  xatirə şəkli   çəkdirib.  Tədbir  musiqi  sədaları altında  sona çatıb.  

Şakir CƏFƏROV 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov