Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

29 Mart 2013 - №11

 

"Riyaziyyat gecəsi - Bahar bayramı"

 

 Martın 15-də Bakının Balaxanı qəsəbəsindəki 69 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimlərinin təşəbbüsü ilə "Riyaziyat gecəsi - Bahar bayramı" adlı tədbir keçirildi. Məktəbin akt zalı bayramsayağı bəzədilmişdi.

Tədbiri açıq elan edən aparıcılar riyaziyyat fənninin əhəmiyyətindən danışdılar, iştirakçıları Novruz bayramı münasibəti ilə təbrik etdilər. Onlar Novruz  bayramının tarixi köklərindən, adət-ənənələrindən, mərasimlərindən  söz açdılar.

Söz şagirdlərə verildi. Yuxarı sinif şagirdlərinin bir-birindən maraqlı  layihələri, musiqi nömrələri, rəqsləri, viktorinaları maraq doğurdu. Şagirdlər riyazi layihələrini təqdim etdilər. Keçəllə Kosanın riyaziyyat kraliçası ilə təsadüfi görüşü, kraliçanın onları riyazi suallarla çətinə salması, sonra Keçəllə Kosanın kraliçanı Novruz şənliyinə dəvət etməsi səhnələri tədbiri daha da rəngarəng etdi. Proqramın bütün nömrələri, xüsusən də Bahar qızın meydana gəlişi, təmsil etdiyi fəslin şəninə söylədiyi şeir və mahnılar, Keçəllə Kosanın məzəli dialoqu, maraqlı  idman nömrələri bayram iştirakçılarında xoş ovqat yaratdı.

Tonqala  od vuruldu. Şagirdlər Kosa ilə Keçəlin, Bahar qızının və riyaziyyat kraliçasının iştirakı ilə tonqaldan hoppandılar.

Tədbirin sonunda məktəbin direktoru Xalıqverdi  Abbasov iştirakçıları Novruz bayramı münasibəti ilə təbrik etdi.  

Rəşad ZİYADOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov