Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

29 Mart 2013 - №11

 

"Novruz poeziya çələngində"

 

Bakıdakı 8 nömrəli tam orta məktəbdə əzəli və bəşəri bayram sayılan "Novruz poeziya çələngində" adlı  maraqlı  tədbir keçirilib.    

Tədbir zamanı Azərbaycan xalqının uzaq qədimlərdən bu günədək sevə-sevə qeyd etdiyi bayramlardan birinin Novruz bayramı olmasından, onun tarixindən, bu bayramda təbiətin və ruhumuzun təzələnməsindən, sağlam düşüncələrdən, yeni əhvali-ruhiyyənin bəxş olunmasından bəhs edilmişdir.

Sonra istedadlı şagirdlərin baharın gözəlliklərini əks etdirən ekspozisiyalarına, divar qəzetlərinə baxış keçirilmiş, çoxlu sayda yazla əlaqədar rəngarəng  mahnılar ifa olunmuş, şeirlər səsləndirilmiş, səhnəciklər göstərilmiş və  milli geyimlərdə rəqslər nümayiş olunmuşdur.

Sonda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin  metodisti Şəhla Kərimova, məktəbin direktoru Aytən Baxşıyeva, müavinlər Sevinc Əliyeva və Səfurə İbrahimli  belə tədbirlərin keçirilməsində  şagirdlərin öz vətəninə, onun bayramlarına, xalqına, adət-ənənələrinə olan dərin hörmət və sevgi hisslərinin böyük rolundan, əməyə məhəbbətindən və bu bayramın insanlara verdiyi sevinc, xoşbəxtlik və səadətdən bəhs etmişlər.  

Ş.CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov