Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

29 Mart 2013 - №11

 

Şamaxıda Novruz turniri

 

16-22 mart tarixlərində  Şamaxı  rayon  Uşaq-Gənclər Şahmat  Məktəbində  "Novruz  turniri" adı  altında  məktəbli  şahmatçılar  arasında  şəhər birinciliyi  keçirilib. Hər  il  ənənəvi  keçirilən  bu  turnir böyük maraq  doğurub. Turnir oğlan  və  qız  şahmatçıların  iştirakı  ilə  İsveçrə  sistemi  üzrə  9  tur  oynanılıb. Yarışda  92  şahmatçı 5  yaş  qrupunda (8, 10, 12, 14, 16 ) mübarizə  aparıb.

9  turdan 8  xal  toplayan  Şamaxı  şəhər  2  nömrəli tam  orta  məktəbin  VIII  sinif  şagirdi  Niyaz  Məmmədov  ümumi  turnirin  qalibi  olub. Niyaz   22 mart - 02  aprel  tarixlərində  Bakı  şəhərində  yeniyetmə  şahmatçıların Respublika  birinciliyinin  finalında  dördüncü dəfə  rayonumuzu  təmsil  edir.

Qızlar  arasında  müvafiq  yaş  qruplarında şəhər 2 nömrəli tam  orta  məktəbin  şagirdləri   Səriyyə  Hüseynova (8 yaş), Nəzrin  Əhmədova (10  yaş), Mədrəsə qəsəbə tam  orta  məktəbinin  şagirdi Hənifə  Mahmudova   (12 yaş), Şamaxı  Avropa  liseyinin  şagirdi  İzzət  Ağayeva (14  yaş), şəhər  1 nömrəli tam  orta məktəbin  şagirdi  İlahə  Xudiyeva (16 yaş) bütün  rəqiblərini  qabaqlayaraq  qalib  gəliblər.

Oğlanların  mübarizəsində  isə Mirəziz   Babayev   (şəhər 2 nömrəli tam  orta  məktəb, 8  yaş), Mənsur  Sərxanov (şəhər 9 nömrəli tam  orta  məktəb, 10 yaş), Cavanşir  Məmmədov  (şəhər 1 nömrəli tam  orta  məktəb, 12 yaş),  Eldəniz Xəlilli  (Mədrəsə qəsəbə tam  orta  məktəbinin  şagirdi,16 yaş), 14  yaşlılarda  isə  yuxarıda  qeyd edildiyi kimi Niyaz  Məmmədov  çempion  adına  layiq  görülüblər. Çempionlara  və  II-III yeri  tutan  şahmatçılara  diplomlar  və  Şamaxı Rayon Təhsil Şöbəsinin  mükafatları  təqdim olunub. Yarışın nəticələrinə əsasən, şahmat məktəbləri  komandalarının zona  birinciliyində  iştirak  edəcək  oğlan  və  qızlardan  ibarət  rayon  komandasının  üzvləri  də  müəyyənləşdirilib.

Turnir təsnifat  xarakterli  olduğundan  şahmatçılara  müvafiq idman dərəcələri də verilib. Bunu  şahmatçılar  daha  böyük razılıqla  qarşılayıblar. 

Asif  AĞAYEV,
Şamaxı  Şahmat  Məktəbinin direktoru,
əməkdar müəllim, fəxri bədən tərbiyəsi və idman işçisi

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov