Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

29 Mart 2013 - №11

 

Şagirdlər ingilis dilində bacarıqlarını göstəriblər

 

Bakıdakı 189 nömrəli tam orta məktəbdə "İngilis dili fənn aylığı"na həsr olunmuş "Novruz bayramı ərəfəsində xarici qonaqlarla görüş" adlı tədbir keçirilib.Tədbirdə  xarici dil mərkəzinin  kollektivi,  bir qrup ziyalı,  dil mütəxəssisləri və digər qonaqlar iştirak ediblər.

Qonaqlar məktəblə, sonra isə şagirdlərin ingilis dili dərslərində, sinifdənxaric məşğələlərdə  qazandıqları uğurlarla  tanış olublar. Sonra qonaqlar nağıllar aləminə səyahətə çıxıblar. "Ağca və 7 cırtdan", "Qoğal" kimi  nağılların şagirdlər tərəfindən səhnələşdirilməsi  qonaqlarda xoş ovqat yaradıb.

Sonda qonaqlar Novruz adət-ənənələrimizlə  tanış olublar və onlara bayram sovqatları təqdim olunub. Onlar şagirdlərin sərbəst çıxışlarına,  ingiliscə mükəmməl nitq qabiliyyətlərinə malik olmalarına heyran qalıblar. Tədbir qonaqların və iştirakçıların "Yallı" rəqsi ilə sona yetib. Məktəbin direktoru Ceyran Kuliyeva  qonaqlara ingilis dilində  öz təşəkkürünü bildirib. 

Sifai SƏFƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov