Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Aprel 2013 - №12

 

Azərbaycan Prezidenti İlham Əliyev Abşeron rayonunun Masazır qəsəbəsində
məcburi köçkünlər üçün salınmış yeni məhəllədə uşaq bağçası və məktəblə tanış olub

 

Aprelin 1-də Abşeron rayonunun Masazır qəsəbəsində 760 məcburi köçkün ailəsi üçün yeni salınmış məhəllə istifadəyə verilmişdir.

Azərbaycan Prezidenti məhəllədə salınmış 280 yerlik "Şəfəq" uşaq bağçası ilə tanış oldu. Bildirildi ki, bağçanın ikimərtəbəli binası zəruri avadanlıqla təchiz olunmuşdur. Burada balacaların təlim-tərbiyəsi üçün bütün tələblər nəzərə alınmışdır. Bağçanın musiqi zalında da hər cür şərait vardır.

Daha sonra Prezident İlham Əliyev 540 şagird yerlik Zəngilan rayon 33 nömrəli tam orta məktəbinə gəldi.

Məktəbin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə məcburi köçkünlərlə görüşlərini, təhsilə diqqət və qayğısını, eləcə də məhəllənin baş planını əks etdirən stendlər quraşdırılmışdır.

Məktəblə tanışlıq zamanı bildirildi ki, yüksək şəraiti, müasir təlim avadanlığı ilə diqqəti cəlb edən bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait yaradılmışdır. Azərbaycan Prezidentinin ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğı bu sahənin dövlət siyasətinin mühüm prioritetləri sırasına daxil edildiyini təsdiqləyir. Bu proses təkcə paytaxtla məhdudlaşmır, bölgələri də əhatə edir, doğma yurdlarından didərgin düşən soydaşlarımızın təhsilinin yüksək səviyyədə qurulmasına xidmət edir. Heydər Əliyev Fondunun dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına verdiyi dəstək isə əhəmiyyəti ilə seçilir.

Prezident İlham Əliyev məktəbin kompüter otağında, idman zalında yaradılmış şəraitlə tanış oldu, Zəngilan rayonunun "Araz" idman klubu idmançılarının nümunəvi çıxışlarına baxdı.

Dövlətimizin başçısı idmançılarla xatirə şəkli çəkdirdi.

Azərbaycan Prezidenti məktəbin ikinci mərtəbəsində təşkil olunan Zəngilan rayonunun Tarix-Diyarşünaslıq Muzeyinin eksponatlarından ibarət sərgi ilə tanış oldu. 

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov