Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Aprel 2013 - №12

 

BDU-da "Heydər Əliyev və Azərbaycanda gənclər siyasəti" mövzusunda konfrans

 

Aprelin 3-də Bakı Dövlət Universitetində "Heydər Əliyev və Azərbaycanda gənclər siyasəti" mövzusunda konfrans keçirilib. Rektor, akademik Abel Məhərrəmov çıxış edərək ulu öndər Heydər Əliyevin hər zaman gənclərə önəm verməsindən, onların bütün problemlərinin, qayğılarının  həlli istiqamətində həyata keçirdiyi siyasətdən bəhs edib. Bildirib ki, ümummilli lider gəncləri vətənpərvər olmağa səsləyir, onların milli ruhda tərbiyə olunmalarının əhəmiyyətini xüsusilə önə çəkirdi: "Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik". Akademik Abel Məhərrəmov bu siyasətin hazırda da uğurla davam etdirildiyini qeyd edib: "Prezident İlham Əliyev hər zaman çıxışlarında gənclərə xüsusi münasibətinin olduğunu və onların bütün işlərdə ona arxalana bilmələrini söyləyir.  Elə bunun nəticəsidir ki, Azərbaycan gəncliyi sabaha böyük inamla baxır".

Daha sonra  Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasovun  "Heydər Əliyev və Azərbaycanda gənclər siyasəti" mövzusunda məruzəsi və Milli Məclisin deputatı, Respublika Agsaqqallar Şurasının sədri Fəttah Heydərovun çıxışı maraqla dinlənilib.

Konfransda BDU-nun 2-ci kurs tələbəsi Mətanət Həsənova, BDU Tələbə Gənclər Təşkilatının sədri Məmmədbağır Məmmədov və Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov çıxış ediblər.

Tədbirin sonunda ölkənin idman həyatında uğurlu nəticələr göstərmiş, dövlət gənclər siyasətinin həyata keçirilməsində aktiv iştirak etmiş bir qrup BDU tələbəsi Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən diplom və xatirə hədiyyələri ilə təltif olunub. Bir qrup tələbəyə isə xüsusi güzəştləri təmin edən tələbə kartları verilib.

Tədbir bədii hissə ilə davam etdirilib. 

BDU-nun Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov