Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Aprel 2013 - №12

 

Dövlət İdarəçilik Akademiyası Beynəlxalq İdarəetmə İnstitutuna üzv qəbul edilib

 

 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Beynəlxalq İdarəetmə İnstitutuna üzv qəbul edilib. Bu barədə qərar 2013-cü ilin mart ayında qurumun Brüsseldə yerləşən baş qərargahında qəbul olunub və baş direktor Rolet Loretanın imzası ilə Dövlət İdarəçilik Akademiyasına rəsmi məktub ünvanlanıb.

Dünyanın bir çox nüfuzlu dövlət idarəetmə akademiya və institutlarını birləşdirən adıçəkilən qurum idarəçilik sahəsində çevik mexanizmin yaranması, idarəetmədə innovativ metodların işlənməsi, demokratik dəyərlər, sivil-hüquqi dövlət quruculuğu, qloballaşma dövründə inteqrasiya prosesinin inkişafında elm və təhsil qurumlarının rolunun daha da gücləndirilməsi və digər mühüm missiyanı həyata keçirir. Azərbaycandan bu beynəlxalq quruma ilk dəfə Dövlət İdarəçilik Akademiyası üzv qəbul olunub.

Respublikamızda  təhsil, elm sahəsində qarşılıqlı təcrübə, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən siyasət və ardıcıl tədbirlərin əhəmiyyətini nəzərə alaraq Dövlət İdarəçilik Akademiyasında da bu sahədə bir sıra tədbirlər reallaşdırılmaqdadır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sürətli tərəqqinin baş verdiyi hazırkı vaxtda cəmiyyətin sosial-iqtisadi tərəqqisində, rəqabətə davamlı insan potensialının, inkişafa zəmin yaradan biliyin formalaşmasında elmin, təhsilin roluna göstərilən diqqət Azərbaycanın müasir dünyaya inteqrasiya prosesinin tərkib hissəsidir.

Bu prioritetləri nəzərə alaraq Dövlət İdarəçilik Akademiyasının tərəfdaşlıq əlaqələrinin genişləndirilməsindəki məqsədi elmə söykənən, bilik iqtisadiyyatının idarə edilməsi istiqamətində təcrübə mübadilələrini genişləndirmək, innovasiyaları təbliğ etmək, yeni nəsil tərəfdaşlıq modelini hazırlamaqdır.  

Samirə KƏRİMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov