Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Aprel 2013 - №12

 

Ədəbi-bədii gecə

 

Azərbaycan Milli  Konservatoriyasının nəzdində fəaliyyət göstərən Respublika  İncəsənət Gimnaziyasında  görkəmli aktyor A.M.Şərifzadənin anadan olmasının 120 illiyi münasibətilə ədəbi-bədii gecə keçirilmişdir.

Gecədə şagirdlərdən Fidan Qədimli və Azad Bağırzadə  yubilyarın həyat və səhnə yaradıcılığı barədə danışmışlar.

Tədbirdə gimnaziyanın  gənc teatr həvəskarlarından  Nizami Qurbanovun, Nailə Bağırovanın, Kamil Qurbanovun, Kənan Əsədovun, Vüsal Adilxanlının, Rəd Rəvanın iştirakı ilə "Şeyx Sənan", "Oqtay Eloğlu" və "Hamlet" tamaşalarından parçalar göstərilmişdir.

Gecənin sonunda gimnaziyanın direktoru Mahizər Şabanbəyli çıxış edərək maraqlı tədbir üçün gənc teatr həvəskarlarını təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. 

Sifai SƏFƏROVA 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov