Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Aprel 2013 - №14

 

Azərbaycanın teatr və kino sənətinin görkəmli nümayəndəsi, SSRİ xalq artisti  Hökümə Qurbanovanın 100 illik yubileyinin keçirilməsi haqqında
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

"Hökümə Qurbanovanın 100 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 4 mart 2013-cü il tarixli, 2765 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə 

ƏMR EDİRƏM: 

1. Azərbaycanın teatr və kino sənətinin görkəmli nümayəndəsi, SSRİ xalq artisti Hökümə Qurbanovanın 100 illik yubileyinin keçirilməsinə dair Təhsil Nazirliyinin Tədbirlər Planı təsdiq edilsin (əlavə olunur).

2. Naxçıvan MR təhsil naziri, rayon, şəhər təhsil şöbələrinin, idarələrinin müdirləri, ali, orta ixtisas və nazirliyin birbaşa tabeliyində olan ümumtəhsil müəssisələrinin rəhbərləri Tədbirlər Planının icrasını təmin etsinlər  və görülmüş işlər barədə 15 oktyabr 2013-cü il tarixinədək nazirliyə məlumat  versinlər.

3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və Tədbirlər Planı ilə birlikdə nazirliyin İnternet səhifəsində yerləşdirilməsini təmin etsin.

4. Ümumi şöbə (X.Fərəcov) əmr və Tədbirlər Planının çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.

5. Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova həvalə olunsun.  

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
11 aprel 2013-cü il

 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov