Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Aprel 2013 - №14

 

Təhsil naziri Qazi Universitetinin nümayəndə heyəti ilə görüşüb

 

Aprelin 16-da təhsil naziri Misir Mərdanov Türkiyənin Qazi Universitetinin nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan nazir Azərbaycanla Türkiyə arasındakı münasibətlərdən, qarşılıqlı əlaqələrin inkişafından söhbət açıb. Qazi Universitetinin dekanı Alev Kurunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəxri doktoru adına layiq görülməsi münasibəti ilə təbrik edən nazir onun Azərbaycana bağlılığının və xalqımıza olan ehtiramının ölkəmizdə yüksək dəyərləndirildiyini bildirib. Xalqlarımızın ortaq milli, mədəni və tarixi köklərə bağlı olduğunu, bunun dövlətlərarası əlaqələrdə, eləcə də təhsil sahəsindəki əməkdaşlıqda müstəsna əhəmiyyət kəsb etdiyini nəzərə çatdıran Misir Mərdanov ziyalıların, tanınmış insanların qarşılıqlı səfərlərinin xalqlarımızı daha da yaxınlaşdırdığını vurğulayıb.

Qazi Universitetinin dekanı Alev Kuru görüşdən məmnunluğunu ifadə edib, ikitərəfli təhsil əlaqələrinin daha da inkişaf etdirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Azərbaycana qəlbən bağlı olduğunu bildirən qonaq ölkəmizin uğurlarından, müasir dövlət kimi inkişafından qürur duyduqlarını söyləyib. Xalqlarımızın hər zaman biri-birinə dayaq olduğunu vurğulayan Alev Kuru Azərbaycanda onlara göstərilən diqqətə və səmimi münasibətə görə təşəkkürünü bildirib.

Təhsil naziri bu səfərin Qazi Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında əlaqələrin inkişafına töhfə verəcəyinə inamını ifadə edib. Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq münasibətlərinə uyğun olaraq təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinin zəruriliyinə toxunan nazir bu baxımdan qarşıda duran vəzifələr haqqında fikirlərini bildirib.

Görüşdə daha sonra qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov