Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Aprel 2013 - №15

 

Tovuzda hərbi məktəblərə daxil olmaq istəyən şagirdlərin ümumrayon toplantısı keçirilmişdir

 

Aprelin 24-də ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Tovuzda bu il hərbi məktəblərə hazırlaşan 209 şagirdin ümumrayon toplantısı keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzindəki Heydər Əliyev meydanına gələrək ulu öndərin abidəsi önünə əklil və tər çiçək dəstələri qoymuş, ümummilli liderin xatirəsini ehtiramla yad etmişlər.

Tədbiri "N" saylı hərbi hissədə davam etdirmək üçün şagirdlər 5 kilometrlik məsafəyə yürüş keçirmişlər.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov qeyd etmişdir ki, müstəqil Azərbaycan Respublikasının maraqlarını hər şeydən uca tutan ümummilli liderimiz Heydər Əliyevin böyük uzaqgörənliklə yaratdığı hərbi məktəblər indi dövlət müstəqilliyimizin möhkəmləndirilməsində, ordu quruculuğunda əvəzsiz rol oynayır. İndiki nəsillər dahi Heydər Əliyevin fəaliyyətinin şah əsəri olan müstəqil Azərbaycanda peşəkar zabit kadrlarının yetişdirilməsində müstəsna xidmətlər göstərən həmin tədris müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsində Prezident, Ali Baş Komandan İlham Əliyevin hərtərəfli qayğısını hiss edirlər.

Natiq son dörd ildə 320 nəfər tovuzlunun ölkənin hərbi məktəblərinə daxil olduğunu qeyd edərək bildirmişdir ki, bu il rayon məktəblərinin XI siniflərində təhsil alan 209 şagird hərbi məktəblərə daxil olmağa çalışır. Çünki mənfur qonşularımızla 69 kilometrlik ərazidə həmsərhəd olan Tovuz rayonunun gəncləri bilirlər ki, düşmən tapdağı altındakı torpaqlarımızı azad etmək üçün dövlətimizin bacarıqlı hərbiçilərə ehtiyacı vardır.

Sonra hərbi hissəyə yürüşdə birinci yerə çıxan Düz Qırıqlı kənd orta məktəbinin şagirdi Seyfəddin Yüsifov, ikinci nəticə göstərən Bayramlı kənd orta məktəbinin şagirdi Elçin Ələkbərov və üçüncü yeri tutan Dondar Quşçu kənd orta məktəbinin şagirdi Fazil Vəliyev rayon icra hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.  

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov