Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Aprel 2013 - №15

 

Azərbaycan Dövlət İqtisad və Latviya universitetləri arasında birgə əməkdaşlığa dair memorandum imzalanmışdır

 

Aprelin 24-də Latviya Universitetinin rektoru, professor Martsis Auzinş Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) olmuşdur.

AzərTAc xəbər verir ki, görüşdə ADİU-nun rektoru, Milli Məclisin deputatı, professor Şəmsəddin Hacıyev rəhbərlik etdiyi ali təhsil ocağının fəaliyyəti, beynəlxalq əlaqələri barədə məlumat vermiş, eyni zamanda iki ölkə arasında əlaqələrin inkişafından danışmışdır.

ADİU ilə əməkdaşlıqda maraqlı olduğunu bildirən M.Auzinş bu əməkdaşlığın iki ölkə arasında əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini vurğulamışdır.

Sonra ADİU ilə Latviya Universiteti arasında birgə əməkdaşlığa dair memorandum imzalanmışdır.

Sənəddə iki universitet arasında tələbə və müəllim mübadiləsi, birgə layihələr, konfranslar və digər təhsil əlaqələri ilə bağlı məsələlər əksini tapmışdır.

Sənədi ADİU-nun rektoru Şəmsəddin Hacıyev və Latviya Universitetinin rektoru Martsis Auzinş imzalamışlar.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov