Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Aprel 2013 - №15

 

Əbədiyaşar liderə böyük ehtiramla

 

Astara Pedaqoji Kollecində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə "Təhsil millətin gələcəyidir" mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Elmi-praktik konfransa rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların, təhsil işçiləri, ziyalılar, valideynlər, ictimaiyyətin nümayəndələri dəvət olunmuşdular.

Konfrans iştirakçıları əvvəlcə ümummilli liderin tədris korpusunun I mərtəbəsində yerləşən guşəsi önünə gül dəstələri düzmüş, sonra istedadlı tələbələrin əl işlərindən hazırlanmış sərgi ilə tanış olmuşlar.

Konfrans kollecin akt zalında öz işinə başlamışdır. Kollecin direktoru, fəlsəfə doktoru, dosent, respublikanın əməkdar müəllimi Əlihəsən Həmzəyev konfransı giriş sözü ilə açaraq ulu öndər Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti, Azərbaycanın tərəqqisi naminə gördüyü işlər barədə ətraflı  məlumat vermişdir.

Ümummilli liderin ölkəmizdə gənclərə və təhsilin inkişafına xüsusi qayğı göstərdiyini qeyd edən Ə.Həmzəyev bildirmişdir ki, bu gün Prezidentimiz cənab İlham Əliyev ulu öndərin siyasi kursunu qətiyyətlə davam etdirir. Natiq qeyd etmişdir ki, Azərbaycan dövlətinin müasir inkişafı məhz ümummilli liderin müəyyən etdiyi uzaqgörən siyasətin məntiqi nəticəsidir.  Tarix sübut edib ki, yalnız o rəhbər xalqın həyatında dərin iz qoya bilər ki, onun əməlləri vətənin, millətin təkcə bu gününə deyil, həm də sabahına, gələcəyinə hesablanmış olsun. Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev belə xoşbəxt taleli dahi şəxsiyyətlərdəndir. Dünya siyasətində özünəməxsus yeri olan Heydər Əliyev fenomeni hələ uzun müddət öyrəniləcəkdir. Daha sonra Ə.Həmzəyev kollecdə təhsil sahəsində qazanılmış uğurlardan danışmış, pedaqoji kollektivin və tələbələrin ümummilli liderin ideyalarına, zəngin nəzəri irsinə daim sadiq olduqlarını diqqətə çatdırmışdır.

Sonra konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarxa baxmışlar. YAP Astara Pedaqoji Kolleci Təşkilatının sədri, riyaziyyat müəllimi Zamiq Mahmudov "Heydər Əliyev və Azərbaycan gəncliyi", Azərbaycan dili və ədəbiyyat müəllimi Firəngiz Məmmədova "Azərbaycan dilinin inkişafında Heydər Əliyevin rolu" mövzularında məruzə etmişlər.  Məruzə ətrafında çıxış edən müəllimlərdən Arzu Hüseynova, Aygün Abbasova, tələbələrdən Abbas İbrahimli, Səxavət Ağayev, Elza Əfruzzadə ulu öndərin tarixi xidmətlərindən  bəhs etmişlər.

Sonda konfransda fəal iştirak edən gənc müəllim və tələbələrə fəxri fərmanlar təqdim edilmişdir.   

Azad ABDULLAYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov