Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

3 May 2013 - №16

 

Bakıda Orenburq Dövlət Menecment İnstitutunun təhsil xidmətlərinin təqdimatı olmuşdur

 

Bakıdakı bağça-məktəb-lisey kompleksində və 160 nömrəli klassik gimnaziyada Orenburq Dövlət Menecment İnstitutunun (ODMİ) təhsil xidmətlərinin təqdimatı keçirilmişdir.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, təqdimat mərasiminin əvvəlində ODMİ-də təhsilin və asudə vaxtın təşkili haqqında videoçarx nümayiş etdirilmişdir.

İnstitutun rektoru Oleq Sviridov şagirdlərin qarşısında çıxış etmişdir. O  demişdir  ki,   ODMİ-də təhsil prosesinin  məqsədi  yüksəkixtisaslı, peşə səriştəli, ümumi mədəni səviyyəli, həyatda sosial yönümlü qəti mövqeyə malik mütəxəssislər yetirməkdir. Bu institutda tam dəyərli tədris prosesinin  həyata keçirilməsi üçün bütün zəruri şərait yaradılmışdır: yüksəkixtisaslı professor-müəllim heyəti, xüsusi kitabxana, kompüter mərkəzi fəaliyyət göstərir.

ODMİ-nin resurs mərkəzinin rəisi Vadim Kiçenko şagirdləri bu instituta qəbul şərtləri ilə tanış etmişdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov