Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

3 May 2013 - №16

 

Tələbələr arasında ekoloji problemlərə dair müsabiqə keçirilmişdir

 

Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) və YAP Gənclər Birliyinin təşkilatçılığı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş müsabiqə keçirilmişdir.

ADİU-dan AzərTAc-a bildirmişlər ki, ekoloji problemlərə dair müsabiqədə tələbələr tərəfindən 200-dən çox referat və elmi iş təqdim olunmuş və münsiflər heyəti tərəfindən qaliblər müəyyən edilmişdir.

Yekun iclasda universitetin elm və innovasiya texnologiyaları üzrə prorektoru Əvəz Bayramov, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev və YAP Gənclər Birliyinin sədri Seymur Orucov ekoloji problemlərin və onların həlli yollarının aktuallığından, flora və faunanın qorunması, ekoloji tarazlığın bərpa edilməsi, ekoloji mədəniyyət və maarifləndirmə sahəsində gənclərin fəal iştirakının vacibliyini vurğulamışlar. Bildirilmişdir ki, məhz ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə respublikamızda yaşıllaşdırma kampaniyası geniş vüsət almış, ətraf mühitin mühafizəsi üzrə Milli Fəaliyyət Proqramı və "Ətraf mühitin mühafizəsi haqqında" Qanun qəbul edilmişdir.

Diqqətə çatdırılmışdır ki, bu gün ölkəmizin ekoloji problemlərinin həlli istiqamətində əhəmiyyətli nailiyyətlər əldə edilmişdir. Son zamanlar çoxlu sayda yeni parkların, istirahət zonalarının yaradılması, abadlaşdırılması və əhalinin ixtiyarına verilməsi buna əyani sübutdur.

Sonda qalib tələbələrə müvafiq diplomlar və mükafatlar təqdim edilmişdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov