Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

3 May 2013 - №16

 

Ağcabədi rayonunda yeni məktəb binası istifadəyə verilmişdir

 

Ağcabədi rayonunun Aran kəndində yeni inşa olunmuş 220 şagird yerlik 1 nömrəli tam orta məktəbin binası istifadəyə verilmişdir.

Müasir tipli yeni məktəb binası 2012-ci ildən Ağcabədi "Elnur" MMC tərəfindən tikilməyə başlanmışdır. Məktəbdə geniş sinif otaqları ilə yanaşı, kitabxana, akt və idman zalları, kompüter otağı, laboratoriya və yeməkxana vardır. 2012-2013-cü dərs ilində məktəbin 13 sinif komplektinə 195 nəfər şagird cəlb edilmişdir. Onların təlim-tərbiyəsi ilə 25 nəfəri ali təhsilli olmaqla 35 nəfər müəllim məşğul olur. Hazırda məktəbdə dərslər bir növbədə tədris edilir.

Mərasimdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, məktəbin direktoru Nəbi Məmmədov, müəllim Saray Səfərova, valideyn Ənvər Əliyev, şagird Xəzər Valehzadə və digərləri ölkədə təhsil sahəsinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan, məktəblərin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən söz açmış, yaradılan şəraitə görə minnətdarlıqlarını bildirmişlər. Sonra tədbir iştirakçıları məktəblə yaxından tanış olmuşlar. 

Hicran ƏKBƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov