Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

3 May 2013 - №16

 

Kütləvi informasiya vasitələri nümayəndələrinin nəzərinə!

 

Təhsil Nazirliyi KİV-lə daha səmərəli münasibətlərin qurulması üçün yeni siyasət formalaşdırır. Bu siyasət nazirliyin media ilə əlaqələrinin daha açıq, şəffaf və operativ qurulmasına xidmət edəcək. Bütün bunlar Təhsil Nazirliyinin fəaliyyəti ilə bağlı dəqiq və dolğun məlumatların mətbuatda dərc olunması, media ilə əməkdaşlığın yaradılması imkanlarını artıracaq. Odur ki, media təmsilçilərindən yeni əməkdaşlıq siyasəti formalaşdırılana qədər Təhsil Nazirliyinə edilən müraciətlərin yazılı olaraq göndərilməsi xahiş olunur.

Eyni zamanda bildiririk ki, KİV-dən daxil olan bütün müraciətlər həftənin şənbə və bazar günləri istisna olmaqla, Təhsil Nazirliyinə daxil olduğu müddətdən 24-48 saat ərzində araşdırılıb cavablandırılacaq.

Müraciətlər Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsinin [email protected] elektron poçt ünvanına və ya 012-496-37-76 nömrəli faksına göndərilə bilər.   

Təhsil Nazirliyinin  İctimaiyyətlə əlaqə şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov