Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

3 May 2013 - №16

 

"Bahar təravətli ömür"

 

Aprelin 20-də Bakıdakı M.Müşfiq adına 18 nömrəli tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə  həsr olunmuş "Bahar təravətli ömür" adlı tədbir keçirilmişdir.

Tədbirdə Yasamal Rayon İcra  Hakimiyyəti başçısının müavini Şahin Məmmədov, Təhsil  Problemləri İnstitutunun direktor müavini Ənvər Abbasov və şöbə müdiri Vidadi Xəlilov, Bakı Şəhəri üzrə Təhsil  İdarəsi ümumtəhsil sektorunun müdiri Firudin Həmzəyev, məktəbdənkənar təhsil sektorunun müdiri Qənirə Sultanova, şair Oqtay Rza və digərləri iştirak etmişdir. İlk öncə Dövlət himni səsləndirilmişdir.

Sonra şagirdlərin ifasında Heydər Əliyevə həsr olunmuş  şeirlər, bayatılar, mahnılar səsləndirilmiş, milli rəqslərimiz məharətlə ifa edilmiş  və  ulu öndərin zəngin həyat yolunu əks etdirən film nümayiş olunmuşdur. Tədbiri davam etdirən aparıcılar  çıxışlarında qeyd etmişlər ki, hər bir xalqın tarixində elə parlaq, taleyüklü hadisələr var ki, nəinki aylar, illər, hətta bir neçə  onilliklər, yüzilliklər keçdikdən sonra o hadisələr unudulmur və xalqın yaddaşında, tarixində ən şərəfli, ən müqəddəs məqam kimi əbədiləşir. Xalqımız üçün, dövlətimizin taleyi üçün ağır məqamda dünya şöhrətli siyasətçi, uzun illər dövlət idarəçiliyində zəngin təcrübə toplamış Heydər Əliyevin öz xilaskarlıq missiyasını yerinə yetirərək xalqın tələbi ilə  yenidən siyasi hakimiyyətə gəlişi tarixin məhz bu cür məqamlarındandır. Dahi  şəxsiyyət öz qayıdışı ilə Azərbaycanda illər uzunu davam edən xaos və anarxiyaya son qoymuş, vətəndaş müharibəsinin qarşısını almışdır. Məhz ulu öndərin siyasi iradəsi və qətiyyəti sayəsində xalq rahat və firavan həyata qədəm qoymuş, dövlət müstəqilliyimiz və suverenliyimiz məhv olmaq təhlükəsindən qurtulmuşdur.

Tədbirin sonunda  məktəbin direktoru Vaqif Hüseynov ümummilli lider Heydər Əliyevin 1997-ci ildə  "Bilik günü"ndə  rəhbərlik etdiyi 18 nömrəli məktəbə gəlişini xatırlatmışdır. Demişdir ki, o tarixi gün pedaqoji kollektivin yaddaşından heç vaxt silinən deyil. Çünki  bu, böyük rəhbər tərəfindən təhsil ocağımıza verilən dəyərli qiymət idi. Direktor bildirmişdir ki, ölkə həyatının elə sahəsi yoxdur ki, Heydər Əliyev orada iştirak etməsin. Ümummilli lider dövlət quruculuğu, xarici siyasət, iqtisadiyyatın inkişafı kimi ən zəruri məsələlərdən tutmuş elm, mədəniyyət, təhsil, idman kimi məsələlərin inkişafına, gənclərin və veteranların, əlillərin, məcburi köçkünlərin, uşaqların, bir sözlə cəmiyyətin bütün sahələri və bütün  təbəqələrinin problemlərinə eyni həssaslıq, eyni diqqətlə yanaşmışdır. 

Sifai SƏFƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov