Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

3 May 2013 - №16

 

Diplomqabağı təcrübəyə həsr olunmuş konfrans

 

Bakı Humanitar Kollecində bütün buraxılış qruplarının diplomqabağı təcrübəsinə həsr olunmuş konfransı keçirilmişdir. Kollecin direktoru İlqar Mahmudov iştirakçıları salamlamış, konfransın işinə uğurlar diləmişdir.

Sonra təcrübə rəhbəri Aygün Zülfiyeva çıxış edərək nəzəriyyədə qazanılmış biliyin təcrübəyə tətbiqində və bu sahədə tələbələrin gedəcəyi baza müəssisələrində aparılmış işlərdən söz açdı. Konfransda iştirak edən fənn birləşmə sədrləri Sədaqət Qafarova, Mətanət Aslanova, müəllimlərdən Gülşən Hacıyeva, Həmkarlar  İttifaqı Təşkilatının sədri Solmaz Şükürova, Azərbaycan Müəllimlər İnstitutunun əməkdaşı, əməkdar müəllim Zülfiyyə Vəliyeva çıxış edərək son pedaqoji təcrübənin əhəmiyyətindən  danışmışlar. Daha sonra şöbə müdirləri Məhərrəm Rzayev, Talıb Zülfiyev, Rasim Mehdiyev də tələbələrə  nəzəriyyədə qazandıqları biliklərini təcrübəyə tətbiq etmələri üçün məsuliyyətli olmalarını tövsiyə etmişlər. Konfransın sonunda  baza müəssisələrində aparılan pedaqoji təcrübədən bəhs edən videoçarx   nümayiş olunmuşdur. İbtidai təhsil ixtisası üzrə baza müəssisələrində pedaqoji təcrübə keçmiş "açıq dərs"  vermiş tələbələrdən   Nübar Hüseynova, Nişanə  Babayevanın  yeni təlim üsulları ilə keçdikləri "açıq dərs"  görüntüləri ekranda nümayiş etdirilmişdir. 

Sonda videoçarxda Binəqədi rayonu 3, 276, 126 və 244 nömrəli  tam orta məktəblərin direktorlarının kollecin məzunları haqqında söylədikləri xoş sözlər ekran vasitəsilə səsləndirilmişdir.  Pedaqoji təcrübə zamanı tələbələrin əldə etdikləri biliklərin canlı nümayişi zamanı əl işlərindən ibarət  sərgi kollecin foyesində nümayiş etdirilmişdir.   

Rəşad ZİYADOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov