Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

3 May 2013 - №16

 

Tələbələr ulu öndər Heydər Əliyevin ideya-nəzəri irsindən bəhrələnirlər

 

Bu günlərdə Azərbaycan Müəllimlər İnstitutunun  Şəki filialında xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş silsilə yubiley tədbirləri davam edir. Tədbirlər planına uyğun ardıcıl həyata keçirilən tədbirlərdə  filialın professor-müəllim, tədris-köməkçi heyəti və tələbələr həvəslə iştirak edir.  

Filialda yaradılmış 10 nəfərdən  ibarət təşkilat komitəsinin iştirakı ilə təşkil olunan tədbirlər olduqca maraqlı və yaddaqalan olmuşdur. Tədbirlər çərçivəsində "Heydər Əliyev -90" adlı maraqlı sərgi təşkil olunmuş, sərgidə ulu öndərin həyat və fəaliyyətinin çoxcəhətli sahələrinə aid zəngin sənədli materiallar  yerləşdirilmişdir. Guşədə yer alan "Heydər Əliyevin ideya-nəzəri irsi gənc nəslin mənəviyyat xəzinəsidir", "Heydər Əliyevin ideya-nəzəri irsi elmi araşdırmalarda" və s. bölmələrdə yerləşdirilmiş materiallar müəllim və tələbələrin maraqla tanış olduqları bölmələrdir. Bundan başqa, filialda 8 ixtisas üzrə təhsil alan tələbələr arasında "Heydər Əliyev şəxsiyyəti gənclərin gözü ilə" və "Heydər Əliyev mənim üçün kimdir?" mövzusunda esse və inşa müsabiqəsi keçirilmiş, müsabiqəyə 20-yə yaxın yaradıcı tələbə işləri təqdim  olunmuşdur. Yubiley çərçivəsində ulu öndərə həsr olunmuş "Nəsillərə örnək olan şərəfli ömür yolu" adlı elmi-praktik konfrans keçirilmişdir. Konfransda 200 nəfər müəllim, tələbə iştirak etmişdir. Konfrans iştirakçıları əvvəlcə yubileyə həsr olunmuş sərgi ilə tanış olmuş, videoçarxa tamaşa etmişlər. Daha sonra konfrans öz işini müzakirələrlə davam etdirmişdir.

Ümummilli lider Heydər Əliyevə həsr olunmuş maraqlı tədbirlərdən biri də TEC-in illik VII elmi konfransı olmuşdur. Elmi konfransın çap olunmuş proqramına 50-dən artıq yaradıcı tələbə elmi işləri daxil edilmişdir. Bundan başqa, tələbələr arasında "Elm cəmiyyətin günəşidir" devizi altında bilik  yarışması  da keçirilmişdir. 

Pərvanə ABDIYEVA,
BDU-nun jurnalistika fakültəsinin IV kurs tələbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov