Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

3 May 2013 - №16

 

Qara Qarayev adına V beynəlxalq müasir musiqi festivalı

 

Bakıda Müslüm Maqomayev  adına  Azərbaycan  Dövlət  Filarmoniyasında Qara Qarayev adına V beynəlxalq musiqi festivalı keçirilmişdir. Festivalın maraqlı  proqramı dinləyicilərə  incəsənətlə yaxından  ünsiyyət  imkanı yaratmışdır. Festivala Azərbaycan, Almaniya, Avstriya, Fransa, Hollandiya və Rusiyadan bu mötəbər tədbirə  müasir musiqini mükəmməl şəkildə ifa edən solist və kollektivlər cəlb olunmuşdur. Festivalın açılış və bağlanış mərasimlərində xalq artisti, dirijor Rauf Abdullayevin  rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına  Azərbaycan Dövlət  Simfonik Orkestri iştirak etmişdir. Festival çərçivəsində  muzey mərkəzində müasir musiqinin problemlərinə həsr olunmuş elmi konfrans, Beynəlxalq Muğam Mərkəzində, Rəşid Behbudov adına Azərbaycan Dövlət  Mahnı Teatrında, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında  və filarmoniyanın  kamera və orqan musiqisi zalında xarici və  yerli musiqiçilərin, eləcə  də musiqi kollektivlərinin ifasında konsertlər verilmişdir. 

Sifai SƏFƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov