Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 May 2013 - №17

 

Yasamal rayonundakı 82 nömrəli körpələr evi-uşaq bağçası əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakının Yasamal rayonundakı 82 nömrəli körpələr evi-uşaq bağçasında əsaslı yenidənqurmadan sonra yaradılmış şəraitlə tanış olmuşdur.

Mehriban xanım Əliyeva 82 nömrəli körpələr evi-uşaq bağçasının əsaslı təmirdən əvvəlki vəziyyətini əks etdirən fotostendlə tanış oldu, binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin uşaqlara diqqət və qayğısını əks etdirən fotostendə baxdı.

Məlumat verildi ki, 1963-cü ildə inşa edilən ikimərtəbəli binanın təmiri "2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair" Dövlət Proqramına uyğun olaraq aparılmışdır. Yenidənqurma işlərinə 2012-ci ilin martından başlanılmışdır. Bağçada 3-6 yaş arası 95 uşağın təlim-tərbiyəsi ilə ümumilikdə 20 nəfər məşğul olur. Bağçanın bütün otaqları tamamilə yenilənmişdir. Buradakı bütün avadanlıq Heydər Əliyev Fondunun hədiyyəsidir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bağçada yaradılan şəraitdən razılığını bildirdi. 

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Heydər Əliyev Fondu" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov