Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 May 2013 - №17

 

Moskvada mini-futbol üzrə "Heydər Əliyev Kuboku" illik turniri keçirilmişdir

 

Mayın 4-də Moskvada "Lujniki" stadionunda Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının mini-futbol üzrə "Heydər Əliyev Kuboku" turniri keçirilmişdir. Tamaşaçılar arasında RAGT-nin sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu olmuşlar.

Turnirin keçirilməsi gənclər arasında gözəl ənənəyə çevrilmişdir. Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2009-cu ildən indiyədək hər il keçirilən bu turnir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum gününə həsr olunmuşdur. Builki turnirdə 32 komanda - RAGT-nin Moskva, Vladimir, Kaluqa, Tula və Domodedovo regional şöbələrinin Azərbaycan tələbə klublarının nümayəndələri iştirak etmişlər. 8 qrupa bölünmüş iştirakçılar hər qrup mərhələsində 3 oyun keçirmişlər. Qruplarda birinci yerləri tutmuş komandalar pley-off seriyasına çıxmışlar. Turnirin yarımfinalçıları Moskva Dövlət Humanitar-İqtisad İnstitutunun (MDHİİ), Rusiya Dövlət Bədən Tərbiyəsi, İdman, Gənclər və Turizm Universitetinin (RDBTİGTU), Ümumrusiya Dövlət Vergi Akademiyasının (ÜDVA) və RAGT-nin Tula regional şöbəsinin komandaları olmuşlar.

Səfir Polad Bülbüloğlu qaliblərin təltif olunması mərasimini açaraq maraqlı oyuna görə iştirakçılara minnətdarlığını bildirmiş və turnirin müvəffəqiyyətlə başa çatması münasibətilə onları təbrik etmişdir. Sonra RAGT-nin sədri Leyla Əliyeva qaliblərə və bir neçə nominasiya üzrə fərqlənmiş oyunçulara mükafatları təqdim etmişdir.

Turnirin qalibi və "Heydər Əliyev Kuboku"nun sahibi artıq dördüncü dəfə Moskva Dövlət Humanitar-İqtisad İnstitutunun komandası olmuşdur. İkinci yeri və müvafiq olaraq "gümüş" mükafatı Rusiya Dövlət Bədən Tərbiyəsi, İdman, Gənclər və Turizm Universitetinin komandası qazanmışdır. Yarımfinal oyunlarının yekunlarına görə Ümumrusiya Dövlət Vergi Akademiyasının və RAGT-nin Tula şəhərindəki regional şöbəsinin komandaları bürünc medallara layiq görülmüşlər.

Turnirin "Ən yaxşı qapıçısı" nominasiyasında mükafatı MDHİİ-nin tələbəsi Vladimir Zakolodin qazanmışdır. "Ən yaxşı bombardir" RDBTİGTU-nun tələbəsi Denis Bazovoy olmuşdur. "Ən yaxşı oyunçu" adına isə RDBTİGTU-nun tələbəsi Yuri Kerşner layiq görülmüşdür.

Turnirin oyunlarını Azərbaycanın Rusiyadakı səfirliyinin, Ümumrusiya Azərbaycanlıları Konqresinin nümayəndələri, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təmsilçiləri izləmişlər. 

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Heydər Əliyev Fondu" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov