Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 May 2013 - №17

 

"Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə" jurnalının xüsusi buraxılışının təqdimatı keçirilmişdir

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) bu ali təhsil müəssisəsinin nəşri olan "Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə" jurnalının ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş xüsusi buraxılışının təqdimatı keçirilmişdir.

AzərTAc xəbər verir ki, mərasimi açan DİA-nın rektoru, akademik Urxan Ələkbərov bu günlərdə dünyanın müxtəlif yerlərində müstəqil dövlətimizin qurucusu, Azərbaycanın XX əsrdə yetirdiyi dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinin böyük ruh yüksəkliyi ilə qeyd edildiyini, ulu öndərin xalq, Vətən qarşısındakı xidmətlərinin bir daha xatırlandığını, əziz xatirəsinin dərin ehtiramla yad olunduğunu diqqətə çatdırmışdır.

Ümummilli liderin irsini Azərbaycan xalqının milli sərvəti kimi qiymətləndirən U.Ələkbərov Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsinin öyrənilməsinin zəruriliyini, onun böyük əhəmiyyətə malik olduğunu qeyd etmiş, bu siyasi kursun layiqli davamçısı Prezident İlham Əliyevin gördüyü işlər nəticəsində Azərbaycanın bu gün sürətlə inkişaf etdiyini söyləmişdir.

Bildirilmişdir ki, DİA-nın nəşri olan "Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə" jurnalında əsasən dövlət idarəçiliyinin səmərəliliyi, idarəetmə sistemində elm və inkişafın planlaşdırılması, davamlı inkişaf, ekoloji sivilizasiya və s. bu kimi mövzular prioritet təşkil etməkdədir.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə" jurnalının xüsusi buraxılışının ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmasını əhəmiyyətli hadisə kimi qiymətləndirmişdir.

Əli Həsənov ümummilli liderin əvəzolunmaz xidmətlərindən söz açaraq Azərbaycanın dövlətçilik tarixinə adı qızıl hərflərlə həkk olunan Heydər Əliyev irsinin hər bir azərbaycanlı üçün daim öyrəniləsi bir məktəb olduğunu bildirmişdir.

Prezident Administrasiyasının şöbə müdiri bu gün ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində ölkəmizin dünyanın diqqət mərkəzində olduğunu vurğulamış, Azərbaycanın beynəlxalq aləmdə sabit və qüdrətli bir dövlət kimi yer tutduğunu demişdir.

Mərasimdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı səfiri Adel Mohammad Adaileh və digər çıxış edənlər də bütün dünyada tanınan görkəmli siyasətçi, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, həyatını xalqına, Vətəninə həsr etmiş ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində, müasir müstəqil dövlətimizin yaranmasında, inkişafında və dünyaya tanınmasında misilsiz xidmətlərindən danışmış, böyük xilaskarlıq rolunu vurğulamışlar. Ulu öndərin 90 illiyi ərəfəsində jurnalda ümummilli liderin həyat və fəaliyyətinə həsr edilmiş məqalələrin elmi əsaslanmalarının əhəmiyyəti vurğulanmış, elmi-akademik dairələr, tədqiqatçılar, dövlət idarəçiliyi sahəsində ixtisaslaşan gənc kadrlar üçün dəyərli mənbə olduğu bildirilmişdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov