Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 May 2013 - №17

 

ADU  ilə Böyük Britaniyanın Qlazqo Universiteti arasında müqavilə imzalanmışdır

 

Azərbaycan Dillər Universitetinin  rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti Böyük Britaniyaya səfəri çərçivəsində Qlazqo Universitetində olmuşdur.

Səməd Seyidov Qlazqo Universitetinin rektoru, professor Anton Musqatelli, prorektoru, professor Andrea Nolan, Qəbul və Xarici Əlaqələr departamentlərinin, sosial elmlər, təhsil fakültələrinin rəhbərləri ilə görüşmüşdür. Görüşlərdə əməkdaşlığın bir çox sahələri ilə bağlı fikir mübadiləsi aparılmışdır.

ADU ilə Qlazqo Universiteti arasında magistratura pilləsində tələbə mübadiləsi haqqında müqavilə imzalanmışdır. Sənədi A.Musqatelli və S.Seyidov imzalamışlar.

Müqaviləyə əsasən, universitetlərarası ikitərəfli əməkdaşlıq çərçivəsində ADU-nun tələbələri təhsillərini Qlazqo Universitetində davam etdirə bilərlər. Sənəddə elmi və universitet əməkdaşlarının qarşılıqlı mübadiləsi, birgə konfransların təşkili, kitab və jurnalların nəşri əksini tapmışdır.

Sonra S.Seyidov Qlazqo Universitetinin tələbələri ilə görüşmüşdür.

Azərbaycanın regionda hər sahədə lider ölkə olduğunu deyən S.Seyidov respublikamızda və bölgədə cərəyan edən hadisələrin Britaniyanın təhsil cəmiyyətinə çatdırılmasında, eyni zamanda bu ölkənin tarixinin, mədəniyyətinin öyrənilməsində və təhsil təcrübələrindən istifadə edilməsində əməkdaşlığın əhəmiyyətini vurğulamışdır.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Böyük Britaniyanın Suffolk və Esseks universitetlərində də görüşlər keçirmişdir.

Professor Səməd Seyidov ilə Suffolk Universiteti şəhərciyinin rektoru, professor Mayk Saks arasında keçirilmiş görüşdə Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfiri Fəxrəddin Qurbanov da iştirak etmişdir.

Görüşdə ADU ilə Suffolk Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.

S.Seyidov Esseks Universiteti ilə ADU arasında olan "2+2" layihəsi  ilə bağlı müzakirələr aparmışdır. Bu iki ali təhsil ocağı arasında imzalanmış müqaviləyə əsasən, ADU-nun pedaqoji fakültəsinin tələbələri ikiillik bakalavr təhsilinin qalan illərini Esseks Universitetində davam etdirə bilərlər. Təhsilini bitirən tələbələrə ikili diplomlar təqdim edilir. 

Ş.CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov