Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 May 2013 - №17

 

Məktəbdə yubiley tədbiri

 

Bakıdakı 163 nömrəli tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdə Bakı Şəhəri üzrə  Təhsil İdarəsinin nümayəndələri, müəllimlər  və valideynlər  iştirak etmişlər. İlk öncə Dövlət himni səsləndirilmişdir. Tədbiri giriş sözü ilə   açan məktəbin direktoru Afət Qafarlı dahi şəxsiyyət Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı tarixi xidmətlərindən danışmışdır.  O, görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsinin öyrənilməsinin əhəmiyyətindən söhbət açaraq rəhbərlik etdiyi təhsil ocağında şagirdlərin ulu öndərin həyat və fəaliyyətinə böyük maraq göstərdiklərini vurğulamışdır.

Məktəbin  müəllimi Şamxal  Həşimov  və digər çıxış edənlər də Azərbaycanın tərəqqisinin və inkişafının məhz fenomen şəxsiyyət Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirmişlər.

Şagirdlərdən Murad Hüseynov, İsa Məmmədli,  Sevinc Misirli, Fəridə  Səfərli və başqaları ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeir söyləyib,  mahnı oxumuşlar. Sonra ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın inkişafındakı misilsiz xidmətlərini əks etdirən videoçarx nümayiş etdirilmişdir. 

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov