Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 May 2013 - №17

 

Ulu öndərə ehtiramla

 

Mayın 3-də Bakıdakı 179 nömrəli tam orta məktəbdə ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə məktəbin müəllim-şagird kollektivi ilə birgə Təhsil Nazirliyindən, Binəqədi Rayon İcra Hakimiyyətindən, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən nümayəndələr, KİV təmsilçiləri, valideynlər və digər şəxslər iştirak etmişlər. Azərbaycanın Dövlət himni səsləndikdən sonra Üzeyir Hacıbəylinin "Koroğlu"   operasının uvertürasının sədaları altında  Dövlət bayrağı səhnəyə gətirilmişdir. İştirakçılar ulu öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Məktəbin həyətində bayram əhvali-ruhiyyəsi yaşanmışdır.  Divarlar  bir-birindən fərqli gözəl güllərlə bəzədilmişdir. Şagirdlərin əl işlərindən ibarət sərgi nümayiş olunmuşdur.  Tədbiri açıq elan edən təhsil ocağının direktoru  Kəmalə Abdullayeva diqqətə çatdırmışdır ki, Azərbaycan Respublikasının müasir inkişaf tarixi dahi şəxsiyyət Heydər Əliyevin adı, onun dövlətçilik siyasəti ilə bağlıdır. Müstəqilliyimizin xilaskarı və müasir Azərbaycanın yaradıcısı kimi tarixə düşən Heydər Əliyevin siyasi irsi bugünkü uğurlarımızın əsasını təşkil edir.

Tədbirin aparıcıları bildirmişlər ki, Azərbaycan tarixində əbədi və uca yer tutan ulu öndərimizin bənzərsiz tarixi şəxsiyyət kimi dövlətçiliyimizin təşəkkülündə və inkişafında müstəsna rolu olmuşdur. Onlar ulu öndərin Vətən və xalq naminə gördüyü nəhəng işləri vurğulamış, bu fenomenal şəxsiyyətin şərəfli ömrünün və dövlət quruculuğu sahəsində titanik fəaliyyətinin indiki və gələcək nəsillərə nümunə olduğunu, işıqlı xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını söyləmişlər.

Çıxış edənlər ümummilli lider  Heydər Əliyevin elmin, təhsilin inkişafına hər zaman böyük diqqət və qayğı ilə yanaşdığını, ulu öndərin siyasi kursunun onun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışlar. 

Sonra  ümummilli liderin şərəfli və mənalı ömür yolundan, zəngin dövlətçilik təcrübəsindən və misilsiz xidmətlərindən bəhs edən film nümayiş olunmuşdur. 

Şagirdlər ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeirlərlə, ifa etdikləri musiqi nömrələri, səhnədə yaratdıqları gül fiqurları, bayrağımızın rənglərini əhatə edən parçalardan ibarət səhnələrlə həmin günü daha da maraqlı və yaddaqalan etmişlər. 

Rəşad ZİYADOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov