Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 May 2013 - №18

 

Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini heç vaxt unutmayacaqdır

 

Böyütmək üçün şəkili seçinPrezident İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü günüdür. Artıq onuncu ildir ki, qədirbilən Azərbaycan xalqı, bütün dünyada Heydər Əliyevi tanıyanlar və sevənlər dahi şəxsiyyətin doğum gününü onsuz qeyd edirlər.

Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi respublikamızın hər yerində olduğu kimi, dünya ölkələrində də geniş qeyd olunur. Ölkəmizin bütün bölgələrində bu əlamətdar gün - Azərbaycan xalqının xilaskarı, müasir müstəqil dövlətimizin banisi, ölkəmizi sarsılmaz, dönməz yüksəliş yoluna çıxarmış əbədi inkişaf strategiyasının müəllifi ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirilir, bu dahi şəxsiyyətin Vətən və dövlət qarşısındakı xidmətləri yad olunur. Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, eləcə də diasporumuzun təmsilçiləri də ümummilli lider Heydər Əliyevin yubileyi münasibətilə geniş tədbirlər keçirərək görkəmli siyasi xadimin zəngin və çoxşaxəli fəaliyyətini, xalqımız qarşısındakı xidmətlərini geniş təbliğ edirlər.

Ümummilli liderimizin ad günü ərəfəsində olduğu kimi, mayın 10-da da sübh tezdən respublika ictimaiyyətinin nümayəndələri, ölkəmizin müxtəlif rayon və şəhərlərindən Bakıya gəlmiş insanlar, Azərbaycan paytaxtının qonaqları axın-axın Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin məzarı önünə təzə tər güllər qoyur, onun əziz xatirəsini dərin ehtiramla yad edirdilər.

Böyütmək üçün şəkili seçinAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, ailə üzvləri, ulu öndərin doğmaları, yaxınları xalqımızın xilaskar oğlunun doğum günündə onun məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəldilər.

Burada fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev ümummilli liderimiz Heydər Əliyevin məzarı önünə əklil qoydu, onun ruhu qarşısında baş əydi.

Azərbaycan Respublikasının Dövlət himni səsləndi.

Sonra Prezident İlham Əliyev və ailə üzvləri oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri qoydular.

Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində Baş nazir Artur Rasizadə, Milli Məclisin Sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları iştirak edirdilər. 

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov