Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 May 2013 - №18

 

"Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda respublika rəsm müsabiqəsinin qalibləri mükafatlandırılmışlar

 

Mayın 10-da T.İsmayılov adına Bakı şəhər Uşaq-Gənclər Yaradıcılıq Sarayının "Uşaq Dünyası" rəsm qalereyasında ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri arasında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş "Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda respublika rəsm müsabiqəsinin mükafatlandırılma mərasimi keçirilmişdir. Tədbirdə Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri Ağababa İbrahimov, şagirdlər, valideynlər və digər şəxslər iştirak etmişlər. Qeyd edək ki, müsabiqə 3 yaş qrupu - 6-10, 11-14 və 15-18 yaşlar üzrə rayon, şəhər və respublika mərhələsi olmaqla 3 mərhələdə keçirilmişdir. Müsabiqənin respublika mərhələsinə 300-ə yaxın iş təqdim olunmuşdur ki, həmin işlər münsiflər heyəti tərəfindən I, II, III və həvəsləndirici yerlərə layiq görülmüş, 190 iş isə seçilərək sərgidə nümayiş etdirilmişdir.

Tədbiri giriş sözü ilə açan  Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri Ağababa İbrahimov iştirakçıları təhsil naziri Mikayıl Cabbarovun adından salamlayaraq müsabiqənin ulu öndər Heydər Əliyevin 90 illik yubileyi çərçivəsində keçirilən silsilə tədbirlərdən olduğunu nəzərə çatdırmışdır. Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən söz açan A.İbrahimov ulu öndərin xalqımız qarşısındakı misilsiz xidmətlərindən söz açmışdır. Bildirilmişdir ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış, hərtərəfli inkişafına nail olmuş, müstəqilliyini əbədi və dönməz etmişdir.  Müsabiqənin hər bir şagirdin həyatında mühüm rol oynayacağı və gələcəkdə onların yaradıcılıq potensialının inkişafına təkan verəcəyi vurğulanmışdır. Qalibləri təbrik edən A.İbrahimov onlara gələcək həyatlarında uğurlar arzulamışdır.

Müsabiqədə müxtəlif nominasiyalar üzrə I, II, III yerləri tutmuş qaliblər diplom və hədiyyələrlə mükafatlandırılmışlar. Qaliblərlə xatirə şəkli çəkilmişdir. 

Niyazi RƏHİMOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov