Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 May 2013 - №18

 

Ulu öndərə ehtiram

 

Bakıdakı 170 nömrəli tam orta məktəbdə ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə  həsr olunmuş tədbir  keçirilmişdir. Tədbirdə  Sabunçu Rayon İcra Hakimiyyətinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, YAP-ın Sabunçu rayon təşkilatının nümayəndələri və digər qonaqlar iştirak etmişlər. Əvvəlcə tədbir iştirakçıları müstəqil Azərbaycanın banisi, ulu öndər Heydər Əliyevin büstünün qarşısına gül dəstələri düzmüşlər.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Nuranə  Mirzəyeva  açaraq ümummilli lider Heydər Əliyevin Vətən, xalq qarşısındakı misilsiz xidmətlərindən, xilaskarlıq missiyasından danışmışdır. Sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları  Fərman Abdullayev və Vahid Qurbanov   çıxış edərək qeyd etmişlər ki, Azərbaycan ikinci dəfə müstəqilliyini bərpa etdikdən sonra ölkədə yaranmış özbaşınalıq məhz Heydər Əliyevin  müdrik uzaqgörən siyasəti və qətiyyəti sayəsində  aradan qalxmışdır. Tədbirdə AYB-nin üzvü, "Azərbaycan" jurnalının  şöbə müdiri, şair Əsəd Cahangir, respublikanın əməkdar artisti Ağalar Bayramov və başqaları  çıxış edərək yubiley  tədbirini yüksək qiymətləndirmişlər.  Şagirdlər ulu öndərə aid şeir söyləyib, mahnı oxumuşlar.Tədbirdə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilmişdir.  

Alı MƏMMƏDOV,
Bakı Şəhəri üzrə Təhsil İdarəsi
metodmərkəzinin Sabunçu-Xəzər
 metodik bölməsinin müdiri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov