Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 May 2013 - №18

 

"Uçitelskaya qazeta"dan

Məktublar kosmosa "uçublar"

 

Bu il martın 29-da Rusiyanın kosmik gəmisi "Soyuz TMA-08M" bortundakı üç kosmonavtla altı saatlıq uçuşdan sonra çoxfunksiyalı "Poisk" Beynəlxalq Kosmik Stansiya (BKS) ilə birləşmişdir.Yüklə bərabər orbitə "Ən yaxşı məktub dərsi" müsabiqəsinin uşaq işləri əsasında buraxılmış bir neçə kitab da çatdırılmışdır.

Bu mövzuda ümumrusiya müsabiqəsi artıq 11 ildir ki, keçirilir. Onun təşkilatçıları qismində "Poçta Rossii", M.V.Lomonosov adına MDU, "Uçitelskaya qazeta" və rabitə işçiləri həmkarlar ittifaqı çıxış edir.

Son illərin finallarının nəticələrinə əsasən "Başlıca məsələlər haqqında uşaq məktubları. Nədən başlanır Vətən" adlı kitab nəşr olunmuşdur. Toplu Rusiya prezidenti Vladimir Putinin "ön söz"ü ilə açılır. "Ön söz"də bu maraqlı və gözəl layihə yüksək dəyərləndirilir: "Belə vətəndaş, ictimai təşəbbüslər uşaqlara özlərinə inanmaqda, öz gücü və imkanlarını qiymətləndirməkdə kömək edir, onlara yaradıcılıq enerjisi aşılayır və əlbəttə ki, bizim ölkəmizin gənc vətəndaşlarının  vətənpərvərlik, ideya-mənəvi tərbiyəsində böyük rol oynayır".

Kosmonavtlar BKS-nın bortunda istirahət dəqiqələrində "Nədən başlanır Vətən" kitabına öz ürək sözlərini yazırlar. May ayında, uşaqları müdafiə günü ərəfəsində kitablar Yerə  çatdırılacaq.

Səhifəni hazırladılar: Yusif ƏLİYEV, Oruc MUSTAFAYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov