Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 May 2013 - №18

 

Məktəb-liseydə "Biologiya gecəsi"

 

Bakıdakı Humanitar fənlər təmayüllü məktəb-liseydə biologiya müəllimi Afaq Cavadovanın təşkilatçılığı ilə "Biologiya gecəsi" keçirilmişdir. Aparıcıların  çıxışından sonra tədbir  şagirdlərin iştirakı ilə  davam etmişdir.  

 Liseyin IX "a" sinif şagirdləri Fidan və İlahə  meyvələrdə olan vitaminlər və onun insan həyatında xeyrindən danışmışlar. Bildirmişlər ki, meyvələr insanın  sağlamlığı üçün vacib olan vitamin və mineral maddələrlə çox zəngindir.  

V  "b" sinif şagirdi Vəfa  Sədiyeva,  VIII "a" sinif şagirdi Suqraxanım Əliyeva və  IX "a" sinif şagirdi Zeynəbxanım Əliyeva   səhnəyə dəvət olunaraq  boynubükük xarıbülbul  bitkisi barəsində, onun Krım, Yunanıstan, Türkiyə, eləcə də Azərbaycanın Şuşa şəhərində bitməsi haqqında   danışmışlar. Eləcə də şagirdlər   "Torpağın səsi" mahnısını   oxuyaraq ədəbi-bədii kompozisiya nümayiş   etdirmişlər. 

Sonra   X "a" sinif şagirdi Zəhra Həsənlinin   çıxışı  da maraqla   qarşılanmışdır.  

Şagirdlərdən Sara Aslanova, İbadulla Əsgərov, Ceyhun Camalov, Fidan Əliyeva və başqalarının  bu tədbirin maraqlı keçməsində böyük  zəhməti olmuşdur.

Sonda liseyin direktoru   Nəzakət Əsgərova, müavin Kifayət Rzayeva, müəllimlərdən Natiqə  Uzunalova, Nazilə İsrafilova və Natiqə Hüseynova çıxış edərək keçirilən tədbiri yüksək qiymətləndirmişlər. 

Tədbir diskussiya şəklində  başa çatmışdır. 

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov