Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 May 2013 - №18

 

Professor Səməd Seyidovun kitabı dünyanın 100 bestselleri siyahısında

 

Böyütmək üçün seçinAzərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun "Yaradıcılığın fenomenologiyası: tarix, paradokslar, şəxsiyyət" (Phenomenology of Creativity: "History", "Paradoxes", "Personality")  kitabı dünyanın məşhur "amazon.com" saytında ən çox maraq göstərilən 100 ən yaxşı əsər siyahısına düşmüşdür. 100 bestseller arasında ön yerlərdən birini tutan kitab dünya üzrə 100 ən yaxşı əsərin içərisində yer almışdır.

Xatırladaq ki, "Yaradıcılığın fenomenologiyası: tarix, paradokslar, şəxsiyyət" adlı kitab  ABŞ-da və Böyük Britaniyada ingilis dilində nəşr olunmuşdur və məşhur amazon.com saytında yayımlanmışdır. Məşhur və nüfuzlu amazon.com saytında professor Səməd Seyidovun müəllifi olduğu kitabın yayımlanması bir azərbaycanlı alimin uğurudur. Kitab ilk dəfə 2009-cu ildə rus dilində nəşr olunmuşdur. Kitabın rəyçiləri Rusiya Elmlər Akademiyasının müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor A.B.Dmitriyev və psixologiya elmləri doktoru, professor Q.İ.Yefremovadır.

Xatırladaq ki, 2011-ci ildə kitab Azərbaycan dilində də nəşr olunmuşdur. 

ADU-nun Mətbuat  xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov