Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 May 2013 - №18

 

Uşaq xor kollektivlərinin respublika müsabiqəsi başa çatmışdır

 

Bu günlərdə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş uşaq xor kollektivlərinin VIII Respublika müsabiqəsi başa çatmışdır. Məlumat üçün bildirək ki, ümummilli lider Heydər Əliyevin 90 illik  yubileyinə həsr edilmiş müsabiqənin zona mərhələləri aprel ayında təşkil olunmuşdu.  

Müsabiqənin nəticələrinə görə, I yerə Q.Qarayev adına 8 nömrəli Onbirillik Musiqi Məktəbi, II yerə R.Behbudov adına 2 nömrəli, R.Hacıyev adına 15 nömrəli və Ş.Ələkbərova adına 20 nömrəli uşaq musiqi məktəbləri, III yerə K.Səfərəliyeva adına 16 nömrəli, Niyazi adına 22 nömrəli və Ə.Bədəlbəyli adına 23 nömrəli  uşaq musiqi məktəbləri layiq görülmüşlər.

C.Hacıyev adına 3 nömrəli uşaq musiqi məktəbi isə müsabiqənin "Qran-pri"sinə sahib olmuşdur. 

Samirə KƏRİMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov