Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 May 2013 - №18

 

Futbol üzrə rayon kubokunun qalibi müəyyənləşmişdir

 

Siyəzəndə aprelin 25-dən etibarən ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirilən futbol üzrə rayon kuboku yarışlarına yekun vurulmuşdur.

Rayon təhsil şöbəsindən aldığımız məlumata görə, rayon gənclər və idman  idarəsinin və Yeni Azərbaycan Partiyası rayon təşkilatının birgə təşkilatçılığı ilə təşkil olunmuş turnirdə 8 komanda iki yarımqrupda qalib adı uğrunda mübarizə aparmışdır.

Ümummilli lider Heydər Əliyevin 90 illiyinin qeyd olunması, idmanın və sağlam həyat tərzinin təbliği, rayonda futbolun inkişafı, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədi daşıyan yarış azarkeşlər tərəfindən maraqla izlənilmişdir.

Final görüşündə "Dinamo" komandası "Sədan" kollektivinə 3:1 hesabı ilə qalib gələrək kubokun qalibi olmuşdur. Turnirdə ilk iki yeri tutmuş komandalar kubok, medal və fəxri fərmanlarla mükafatlandırılmışlar.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov