Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 May 2013 - №19

 

Dövlət İdarəçilik Akademiyasında respublika elmi konfransı

 

Mayın 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyinə həsr edilmiş "Azərbaycan Xalq Cümhuriyyəti - müsəlman Şərqində ilk Respublika" mövzusunda respublika elmi konfransı keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov dövlətçilik salnaməmizin şərəfli tarixi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, onun az vaxt ərzində süquta uğramasının səbəblərindən, müstəqilliyimizin bərpası və qorunub saxlanılması ilə bağlı ölkəmizdə görülən işlərdən danışmışdır. Rektor ümummilli lider Heydər Əliyevin böyük çətinliklər bahasına müstəqilliyimizin qorunması istiqamətində həyata keçirdiyi müdrik siyasətdən ətraflı söz açmış, həmçinin bugünkü irəliləyişə nail olmağımızın səbəblərini diqqətə çatdırmış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqımızın tərəqqisi naminə gördüyü işlərin əhəmiyyətini qeyd etmişdir.

Konfransın plenar iclasında tarix elmləri doktoru, professor Anar İsgəndərov "Azərbaycan Xalq Cümhuriyyəti dünənin və bu günün şərəfli tarixi",  tarix elmləri doktoru, professor Pərvin Darabədi "Azərbaycan Xalq Cümhuriyyətinin hərbi quruculuq siyasəti", tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova "Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində geosiyasi vəziyyət" mövzusunda məruzələrlə çıxış etmişlər.

Sonra konfrans öz işini  bölmə iclaslarında davam etdirmişdir.  

S.KƏRİMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov