Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 May 2013 - №19

 

Pedaqoji kadrlar ixtisasartırma kurslarına cəlb olunacaqlar

 

 Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində çalışan pedaqoji kadrlar ixtisasartırma kurslarına cəlb olunacaqlar. BŞTİ-dən aldığımız məlumata görə, kurslar iyunun 1-dən 30-dək davam edəcəkdir. Yay tətili dövründə təşkil ediləcək kurslarda Azərbaycan, rus bölməsi üzrə ibtidai sinif, rus bölməsi üzrə Azərbaycan dili və ədəbiyyat, rus dili və ədəbiyyat, tarix və ictimaiyyat, ingilis, fransız, alman dillərini, coğrafiya, kimya, biologiya, riyaziyyat, fizika, təsviri sənət, rəsmxətt, musiqi və informatika, fiziki tərbiyə, inklüziv təhsil və defektologiya, texniki əmək, xidmət əməyi, həyati bacarıqlara əsaslanan təlim və iqtisadiyyatın əsasları fənlərini tədris edən müəllimlər iştirak edəcəklər. Həmçinin 50 psixoloq, 50 məktəb kitabxanaçısı və təhsildə innovasiyalar üzrə 500 nəfər ixtisasartırma kurslarına cəlb olunacaqdır. Ümumilikdə ixtisasartırma kurslarında 3 min 390 nəfər təmsil olunacaqdır.  

Rəşad  ZİYADOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov