Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 May 2013 - №19

 

Futbol üzrə rayon birinciliyi keçirilmişdir

 

Binəqədi Rayon Gənclər və İdman İdarəsi yeniyetmə və gənclərin sağlamlığının qorunması, bədən tərbiyəsi və idmanın inkişafı məqsədilə bu günlərdə məktəblilər arasında futbol üzrə rayon birinciliyi keçirmişdir. Bakıdakı 248 nömrəli tam orta məktəbdə təşkil olunan yarışlarda 22 komandanın tərkibində 220 nəfər məktəbli mübarizə aparmışdır.

Yekun nəticəyə görə, 299 nömrəli məktəb-liseyin futbol komandası bütün rəqiblərindən üstün olaraq I yerə çıxmışdır. 182 və 205 nömrəli tam orta məktəblərin futbol komandaları müvafiq olaraq ikinci və üçüncü pillədə qərarlaşmışlar. Birincilikdə fərqlənənlər Gənclər və İdman İdarəsi tərəfindən medal, diplom və hədiyyələrlə mükafatlandırılmışlar.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov