Mayın 25-də təhsil naziri Mikayıl Cabbarov Şirvan
şəhərindəki mədəniyyət evində bu şəhərdən, eyni zamanda,
Salyan, Neftçala, Biləsuvar, Saatlı, Sabirabad, İmişli,
Hacıqabul və Kürdəmir rayonlarından olan vətəndaşları
qəbul etmişdir.
AzərTAc xəbər verir ki, nazirliyin tabeli qurumlarının
rəhbərlərinin də iştirak etdikləri qəbulda işə qəbul,
məktəb və uşaq bağçalarının tikintisi, təmiri və onların
maddi-texniki bazasının gücləndirilməsi, təhsil haqqı və
köçürmələrlə, eləcə də nazirliyin fəaliyyət istiqamətinə
aid olan digər məsələlərlə bağlı müraciətlər
dinlənilmişdir.
Qəbulda qaldırılan məsələlərin demək olar ki,
əksəriyyəti yerindəcə həll olunmuş, digər müraciətlər
isə köməklik göstərilməsi məqsədilə nazirliyin aidiyyəti
qurumlarının rəhbərlərinə tapşırıqlar verilmişdir.
Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid
olmayan şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq
qurumlara çatdırılmaq üçün qeydə alınmış və nəzarətə
götürülmüşdür. |