Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 May 2013 - №20

 

"Gələcək naminə sağlam olaq" layihəsinin icrasına başlanılmışdır

 

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə "Nurlu sabah" Uşaq - Gənclər Təşkilatı İctimai Birliyi Azərbaycanın şimal bölgəsi olan Quba və Qusar rayonlarında "Gələcək naminə sağlam olaq" adlı layihənin hazırlıq mərhələsini bitirərək icrasına start vermişdir.

Təşkilatın bir qrup fəal üzvü və könüllüləri Quba rayonunun ictimaiyyəti ilə görüşlər keçirmişlər. Quba Rayon Uşaq İncəsənət Məktəbində baş tutan növbəti görüşdə yeniyetmə və gənclərlə yanaşı bir qrup yaşlı nəslin nümayəndəsi də iştirak etmişdir.

Tədbirdə Quba Rayon Uşaq İncəsənət Məktəbinin direktoru Mirkazım Cəfərov çıxış edərək təşkilatın şimal bölgəsində apardığı fəal ictimai işlərdən söz açmışdır.

Sonra  "Nurlu sabah" Uşaq-Gənclər Təşkilatı İctimai Birliyinin sədri  Ramin Xudayev layihə haqqında iştirakçılara geniş məlumat vermişdir. O, layihə çərçivəsində istedadlı yeniyetmə və gənclərin əl işlərindən ibarət sərginin keçiriləcəyini, esse yazı müsabiqəsinin təşkil olunacağını bildirmişdir. Bununla bağlı görüş iştirakçılarına müsabiqənin əsasnaməsi və anket forması  təqdim olunmuşdur.

Görüşün sonunda iştirakçılara "Gələcək naminə sağlam olaq" adlı bukletlər və broşürlər paylanmışdır. 

Samirə KƏRİMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov