Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 May 2013 - №20

 

"Eurovision - 2013" müsabiqəsinin qalibi Fərid Məmmədovla görüş

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Timuçin Əfəndiyev "Eurovision-2013" müsabiqəsinin qalibi, universitetin musiqi sənəti  fakültəsinin IV kurs tələbəsi Fərid Məmmədovu  qəbul etmişdir. Rektor Fərid Məmmədovu  qazandığı yüksək qələbə münasibətilə  təbrik etmiş,  ona  uğurlar arzulamışdır.

Söhbət zamanı professor Timuçin Əfəndiyev  90 yaşlı bu unikal təhsil ocağının keçdiyi şərəfli yoldan, incəsənətin  müxtəlif sahələrindəki uğurlarından,  xüsusən  musiqi sahəsində  əldə edilmiş  nailiyyətlərdən söz açmış, ADMİU-da vaxtilə dərs demiş maestro Niyazi, bəstəkarlar Şəfiqə Axundova, Hacı  Xanməmmədov, Lütfiyar  İmanov kimi  korifeylərin əməyini xüsusilə qeyd etmiş, bu universitetin məzunları olan xalq artistləri Arif Babayev,  Canəli Əkbərov, Alim Qasımov, Mənsum İbrahimov, Mələkxanım Əyyubova, Brilliant  Dadaşova, Faiq Ağayev və  başqaları haqqında iftixarla danışmışdır. Rektor xüsusilə qeyd etmişdir ki, bu gün dünya miqyasında uğur qazanan gənc istedadlar eyforiyaya uğramamalı, öz üzərlərində daha ciddi və məsuliyyətlə çalışmalı, respublikamızın beynəlxalq aləmdə daha geniş miqyasda tanınması üçün əllərindən gələni əsirgəməməlidirlər.

Görüşün sonunda Fərid Məmmədov universitetin rektoru, professor  Timuçin Əfəndiyevə  dərin təşəkkürünü bildirmiş, onun  üzərində  zəhməti olan  universitet müəllimlərinin əməyini yüksək qiymətləndirmişdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov