Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 May 2013 - №20

 

Qalib komandalar diplom və kuboklarla mükafatlandırılmışlar

 

Xaçmaz Rayon Təhsil Şöbəsindən aldığımız məlumatda bildirilir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, təhsil, gənclər və idman nazirliklərinin dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş "Gənc xilasedici və yanğınsöndürən" yarışına aid Xaçmaz Rayon Şimal Regional Mərkəzində tədbir keçirilmişdir.

Açılışdan sonra komandalar mərhələlər üzrə yarışmaya başlamışlar. Hər bir mərhələdə gərgin mübarizə getmişdir. Mərhələlər üzrə hər bir komandanın nəticələri elan olunmuşdur.

Yarışa FHN-nin nümayəndəsi podpolkovnik-leytenant Məhbubə Mustafayeva  rəhbərlik  etmişdir.

Yarışın təşkili və keçirilməsi yüksək səviyyədə təşkil olunmuşdur. Şimal Regional  Mərkəzinin rəisi polkovnik-leytenant Şahin Mirzəyev yarışın bütün mərhələlərində yaxından iştirak etmiş və yarış iştirakçılarından razılıq etmişdir.

Yarışın sonunda təltifetmə mərasimi keçirilmişdir. Yekun nəticəyə görə birinci yerə Siyəzən, ikinci yerə Quba, üçüncü yerə Şabran, dördüncü yerə Xaçmaz və beşinci yerə Qusar komandası layiq görülmüşlər.

Qalib komandalar diplomlarla və kuboklarla təltif olunmuşlar.  

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov