Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 May 2013 - №20

 

"Müstəqil ölkənin azad uşaqları"

 

Saatlı rayonundakı Əlisoltanlı kənd tam orta məktəbində 28 May - Respublika Günü və 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Müstəqil ölkənin azad uşaqları" mövzusunda tədbir keçirilmişdir.

Məktəbin ibtidai sinif müəllimi Nazilə Cəfərovanın III sinif şagirdləri ilə təşkil etdiyi tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti, eləcə də cümhuriyyət dövründə təhsil sahəsində görülən işlər barədə məlumat verilmiş, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününün təsis tarixindən, əhəmiyyətindən danışılmışdır.

N.Cəfərova hər iki tarixi günün xalqımızın həyatındakı önəmli rolundan söz açmış, cümhuriyyət dövründə həyata keçirə bilmədiyimiz arzu və istəklərimizi 1991-ci ildə, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən, ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövləti qurulub möhkəmləndirildikdən və getdikcə inkişaf edərək dünya dövlətləri arasında öz layiqli yerini tutduqdan sonra tam gerçəkliyə çevrildiyini vurğulamışdır. O bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin yeritdiyi müdrik daxili və xarici siyasət nəticəsində son illər ölkəmiz günü-gündən inkişaf edir, uşaqlarımız sülh, əmin-amanlıq şəraitində rahat və qayğısız yaşayırlar.

Sonra şagirdlər bayram münasibəti ilə hazırladıqları ədəbi-bədii kompozisiyanı nümayiş etdirmişlər. Elnur, Afaq, Teymur, Səbinə, Tehran, Leyla, Sevinc, Nahid, Kənan və digər şagirdlər müstəqilliyə, azadlığa həsr olunmuş şeirlər söyləmiş, mahnılar ifa etmişlər. 

Y.ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov