Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 İyun 2013 - №21

 

Region gəncləri üçün beyin mərkəzlərinin yaradılmasına başlanılmışdır

 

Gənclər üçün Təhsil Mərkəzi regionlarda gənclərin iştirakı ilə beyin mərkəzlərinin yaradılmasına başlamışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə reallaşdırılan layihənin əsas məqsədi gənclərin təhlil etmək bacarığını inkişaf etdirmək, onların təşəbbüskarlığının artırılmasına kömək etməkdir.

Pilot olaraq Gəncə, Mingəçevir, Ağcabədi və Hacıqabulda nəzərdə tutulan beyin mərkəzlərinin qurulması məqsədi ilə həmin regionlardan olan gənclər üçün təlim proqramlarına başlanılmışdır. Layihə çərçivəsində eyni zamanda praktik fəaliyyətlər vasitəsilə gənclərin bilik və bacarıqlarının artırılmasına şərait yaradılacaq.

Yaranacaq beyin mərkəzləri region gənclərinin yeni təkliflərlə çıxış etmələrinə, onları reallaşdırmalarına kömək edəcək. Qeyd edək ki, gələcəkdə bu mərkəzlər vasitəsilə gənclərimizin xarici ölkələrdəki beyin mərkəzlərinə tanışlıq səfərlərinin həyata keçirilməsi də nəzərdə tutulmuşdur. 

Samirə KƏRİMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov